
Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Onun
Bakıdan məsafəsi 157 km, əhalisinin sayı 148.400 nəfərdir.
Burada ənənəvi xalq sənəti növlərindən xalçaçılıq daha geniş
inkişaf etdiyi üçün yerli liseydə məxsusi fakültə açılmışdır.
Gənc ustaların incə barmaqları ilə ecazkar xalça naxışlarını
necə toxumalarına tamaşa etmək üçün buraya tez-tez qonaqlar
gəlir. Bu xalçaların naxışları əsrlər boyu nəsildən-nəsilə
ötürülərək hələdə qorunub saxlanılmışdır.
Xaçmaza gələnlər buradakı "Xaçmaz" mehmanxanasında
qala bilərlər (telefon 3-40-40). Xaçmaz rayonunun ərazisində
ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan
istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır
qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru
ərazini tutan bu istirahət zonasında çoxlu turist bazaları
və pansionatlar yerləşir.
NABRAN
Nabran - Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən
kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı
cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal
çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist
bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin
meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir-"Lüks"
tipli rahat mehmanxanalardan, bir neçə nəfər üçün nəzərdə
tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə
qədər geniş seçim imkanı var.

GREEN VILLE istirahət Kompleksi Meşədə, Xəzər dənizinin
sahilində yerləşən bu istirahət zonasında hər biri dörd
ayrıca nömrədən ibarət olan 18 komfortlu kottec vardır.
Hər bir kottec 2-12 nəfər üçün nəzərdə tutulmuşdur. Burada
əla istirahət etmək üçün hər şey var-restoranlar, konfrans
zalı, barlar, yaşlılar və uşaqlar üçün hovuzlar, uşaq meydançası,
tennis kortu, voleybol, basketbol, futbol meydançaları,
bilyard, stolüstü tennis, baqminton………
Ünvan: AZ2724, Xaçmaz rayonu, Nabran qəsəbəsi
Mob: (99450) 331-80-32
office@greenvillebaku.com
www.greenvillebaku.com
Bakıdakı ofisin ünvanı: AZ1007, M.P.Vagif pr-ti, 3/139
"Asiman" MMC.
Telefon/faks: (99412) 596-37-57, (99450) 225-53-13
"PALMA" İSTİRAHƏT DÜŞƏRGƏSİ
Burada hər birinin içərisində kondisioner, televizor, bar,
və telefon olan 30 abad kottec, yaşlılar və uşaqlar üçün
hovuzlar, idman meydançaları, konfranslar keçirmək üçün
zal, restoran və bar var.
Ünvan: Xaçmaz rayonu, Nabran, Seyidli kəndi.
Telefon: (99455) 791-11-04, 789-89-92.
"LOTOS" İSTİRAHƏT ZONASI
Meşədə, çimərliyin yaxınlığında yerləşir. Zonanın ərazisi
1,2 hektardır. Burada hər cür şəraiti (telefon, televizor,
soyuducu) olan 14 kottec, restoran (İsveç stolu), diskoteka
və banket zalı vardır.
Ünvan: Xaçmaz rayonu, Nabran
Telefon: (99450) 324-74-59, (99455) 780-74-23.

"ATLANT"
İSTİRAHƏT ZONASI
Xəzərin sahilində meşədə yerləşir. 2 və 3 otaqlı rahat kottecləri,
restoran, diskoteka, bar, müalicəvi əhəmiyyətli bulaqları,
hovuzlar, idman meydançaları, avtobusda, ciplərdə və ya
piyada ekskursiyalar təklif olunur. Uşaqlar qayıqla və katamaranla
gəzintiyə çıxa bilərlər.
Ünvan: Xaçmaz rayonu, Nabran
Telefon: (99450) 375-47-47, 810-47-47
Bakıdakı ofisin telefonu: (99412) 462-58-56, faks: (99412)
441-58-48.
Rayonun Nabran istirahət zonası ərazisində
gündəlik 6500 nəfərdən artıq turist qəbul etmək imkanına
malik 50-dən artıq turizm-istirahət mərkəzləri fəaliyyət
göstərir ki, bunlardan 3-ü («Atlant», Gren Ville» və «Palma»)
Turizm-Ekskursiya Xidmətlərinin Sertifikatlaşdırılması Qaydaları»na
uyğun olaraq 4 ulduzlu, «Batabat» istirahət mərkəzi isə
3 ulduzlu mehmanxana statusu almışlar. Habelə, Nabran zonasında
«Xəzər», «Dostluq», «Şahdağ», «Malibu», «Nabran», «Sahil»,
«Salam», «Sahil», «Elvin», «Mirvari», «Kardinal», «Orman»,
Palermo», «Şəms», «Mayak», «Borçalı», «Xançinar» və sair
turist bazaları və istirahət mərkəzləri, eləcə də bəzi nazirliklərin,
Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra sənaye müəssisələrinin
sağlamlıq və istirahət düşərgələri fəaliyyət göstərir.
Xaçmazda Regional Turizm İnformasiya Mərkəzi açıldı.
Xaçmaz, 26 iyul, 2005-ci il - Turizm sektoruna yaratdığı
mənfəət və imkanlar baxımından üstünlük verilsə də, turizm
və yoxsulluğun azaldılması arasında qarşılıqlı asılılığın
mövcud olması fikri artıq daha geniş şəkildə qəbul olunmaqdadır.
Belə ki, turizm əmək tutumlu və kiçik biznes imkanları yaradır
və xeyli sayda qadın və təcrübəsiz gənclərin işlə təmin
edilməsinə kömək edir. Turizmin hərtərəfli inkişafından
cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də kənd əhalisi
yararlanır ki, bu da yoxsul insanların səlahiyyətlərini
artırır.
Yerli turizmin səmərəli inkişafına kömək etməklə turizmi
Azərbaycanda yoxsulluğun azaldılmasında mühüm vasitəyə çevirmək
üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və Gənclər, İdman
və Turizm Nazirliyi tərəfindən adı çəkilən Nazirliyə hərtərəfli
dəstəyin təmin edilməsi məqsədi ilə birgə layihə icra edilir:
i) regionların ətraf mühit, iqtisadi və sosial davamlılığını
təmin etmək məqsədi ilə turizm xidməti təchizatçılarını
öz fəaliyyətlərində irəliləyişlər nümayiş etdirməyə rövnəqləndirmək
üçün stimullar və texniki dəstək təqdim etməklə turizmin
inkişafı potensialına malik regionlarda Turizm İnformasiya
Mərkəzləri açmaq və ii) özəl sektor, təhsil müəssisələri
və icmalar daxil olmaqla, turizm sənayesinə cəlb edilmiş
beş hədəf qrupunun ehtiyaclarını ödəyən səciyyəvi təlim
proqramlarını tərtib etmək.
İyulun 26-da Azərbaycan Respublikası Prezidenti cənab Heydər
Əliyev, BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident
Nümayəndəsi cənab Marko Borsotti və Azərbaycan Respublikası
Gənclər, İdman və Turizm naziri cənab Əbülfəs Qarayevin
iştirakı ilə Xaçmazda ilk regional Turizm İnformasiya Mərkəzi
(TİM) açıldı. Birgə layihə təşəbbüsü haqqında ölkə başçısına
məlumat verən cənab Qarayev TİM-lərin, yalnız regionun mövcud
turizm potensialı haqqında informasiyanın yayılmasında deyil,
həmçinin gəlir mənbələrinin yaradılması və yeni iş yerlərinin
açılması hesabına yerli iqtisadiyyatın hərtərfəli inkişafında
mühüm rol oynayacağını vurğuladı.
Prezident İlham Əliyev son illər ərzində istər ölkə, istərsə
də regional səviyyədə turizm sektoruna investisiya qoyuluşunun
artdığını və Azərbaycanda turizmin güclü və davamlı inkişafının
təmin edilməsində özəl sektorun həlledici rol oynadığını
qeyd etdi. Prezidentin fikrincə, "Xaçmazın unikal təbii
gözəlliyi və cəlbedici istirahət guşələri regional turizmin
inkişafına sərmayə qoyuluşu üçün yeni imkanlar açır ki,
bu da yolların və infrastrukturun yaxşılaşdırılmasına və
turizm məhsulları və xidmətlərinin səviyyəsinin yüksəldilməsinə
təkan verir."
Cənab Qarayev ölkə ərazisində ümumilikdə 242 turist istirahət
guşələrinin fəaliyyət göstərdiyini əlavə etdi. Xaçmaz regionunda
50-dən artıq istirahət zonası fəaliyyət göstərir ki, bunlardan
30-dək mərkəz son dörd il ərzində yaradılmışdır. Regional
TİM Dəvəçi, Siyəzən və Xızı rayonları daxil olmaqla Xaçmazdan
Abşeronadək bütün Xəzərboyu sahil xəttini əhatə edəcək.
Yaxın gələcəkdə layihə çərçivəsində daha altı regional TİM-in
(Şamaxı, Şəki, Quba, Gəncə, Lənkəran və Naxçıvan) açılışı
nəzərdə tutulur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
texniki dəstəyi ilə, bütün TİM ofisləri bu yaxınlarda yaradılacaq
veb portal vasitəsilə ümumi şəbəkəyə birləşdiriləcəklər.
Tədbirdə çıxış edən cənab Marko Borsotti yoxsulluğun azaldılması
üçün mühüm olan iki xüsusi amili qeyd etməklə turizm ilə
yoxsulluğun azaldılması arasında yaranmaqda olan bağlılığın
mühümlüyünü vurğuladı: birincisi, turizm əmək tutumlu sahədir
və kiçik həcmli biznes imkanları yaradır; ikincisi, bu sektor
kənd yerlərində məşğullun yaradılması potensialına malikdir.
"Biz həqiqətən inanırıq ki, turizm qeyri-neft sektorunun
inkişafı üçün güclü potensiala malikdir və Azərbaycan Hökumətinin
yoxsulluğun azaldılması strategiyası ilə həmahəng olan belə
təşəbbüsləri tamamilə dəstəkləyirik".