XAÇMAZ RAYON (MKS) Mərkəzi Kitabxana


 
 
 
Azərbaycan Kitabxanaları



 












Muzeyimizin eksponatları

Aftafa - ləyən dəsti

Misdən hazırlanıb. Üzərində naxışlar var. Dəstəmaz almaq  üçün  istifadə  olunur (XVIII əsr).
XVIII əsr. Dəstəmaz almaq üçün istifadə olunur. XX əsrin 70-ci illərində Xaçmaz rayonu Qımıl-qışlaq kəndi ərazisindən tapılıb. Bərpaya ehtiyacı yoxdur.

   
Satıl

Məişətdə  işlənən  mis  qab.

Qab  üzərində ərəb  əlifbası  ilə  yazılar  və  naxışlar həkk olunub.  
1981-ci ildə rayon əhalisi  tərəfindən muzeyə hədiyyə edilmişdir. Bərpaya ehtiyacı yoxdur.
   


Küp

Şar – konusvari.  Xarici  divarı  doğrama  naxışlı formada, ölçüsü 1m x  2m.

Xaçmaz rayonu Ləcət  kəndi ərazisində XIX  əsrin sonlarında  tapılıb. 1981-ci ildə Xaçmaz  rayonu Ləcət  kəndi  əhalisi  tərəfindən muzeyə hədiyyə  edilmişdir.  

   



Küp


Şar –konusvari. Xarici  divarı  doğrama  naxışlı formada, ölçüsü 1m x 1,5m.
Xaçmaz rayonu  Canaxır kəndi ərazisindən tapılıb.

   


Kəmər

Orta  hissəsi  zərli  saplarla  işlənilib, baş  tərəfləri  metaldandır.

   

Tapança

Barabanlıdır, 6 güllə  üçün yuvası  vardır.

   


Neft lampası

Yanacaq  kamerası neft  tökülən  tutumlu  gövdə  və  oturacaqdan  ibarətdir. Üzərində  günəş  və  2 qanadlı  əjdaha  təsviri  var.
(XVII-XVIII əsrlər)

   

Saxsı xeyrə

Saxsı  qab,  qırmızı  rəngdə  üzərinə  sarı  mina  çəkilib. 6  yanlı  fiqur 4 ləçəkli  gül  şəkli  çəkilmişdir. Xaçmaz  rayonu Çiləgir  kəndi ərazisində  tapılmışdır. 
(XII-XIV əsrlər).

   

Daş  çapacaq

Ehtimala görə toxa kimi  istifadə  olunub, yuxarı  və  aşağısı  enli,  ortası  isə ensizdir.
Xaçmaz rayonu   Bostançı  kəndi  ərazisindən tapılmışdır.

   


Dən  daşı

Uzun müddət istifadə edildiyi üçün ortası  çökəkdir. Xaçmaz rayonu   Sərkərtəpə  kəndi  ərazisindən 1986 cı  il ekspedisiya  vaxtı tapılmışdır.

   

"Xaçmaz  qızları"

Xalq rəssamı Mikayıl Abdullayevin  yağlı  boya  ilə  çəkilmiş  rəsm  əsəri. M.Abdullayev tərəfindən  1983-cü ildə   muzeyə  verilmişdir ( 1983-cü il).

   

Əbdürrəhman Əl  Buxari

“Əlcəzaülül  sani” əsəri. Hicri 1304  cü il. Misir nəşri.

   

Örkən

Qoşqu  və  yük  heyvanlarına yük bağlamaq  üçün  istifadə  olunan  ip.

Köhnə Xaçmaz ərazisindən tapılmışdır.

   

Pərdəbaşı

Qara  rəngli  parça  üzərində  əlvan  rənglərlə  işlənmişdir.

2009 cu ildə  Köhnə Xaçmaz  kəndi  sakini  olan Gülqayıt Məmmədova  tərəfindən   muzeyə hədiyyə edilmişdir.

   

Dirhəmlər kolleksiyası

Şirvanşahların mis pulları
(XII-XIV əsrlər).

Xaçmaz  rayonu Çiləgir  kəndi ərazisindən  tapılmışdır. 

   

Pulemyot

“Maksim” tipli, dəzgahlı  pulemyot
(XIX-XX  əsrin  əvvəlləri).

   


Tunc  dövrunün  bəzək  əşyaları

Rayonun Tel kəndindən tapılmışdır.

   

Kəmər.

Sarı  rəngli  metaldandır. 2  başlıq və  10  hissədən  ibarətdir.

 

 

 

Diyarşünaslıq
 

Dövlətçilik