XAÇMAZ RAYON (MKS) Mərkəzi Kitabxana


 
 
 
Azərbaycan Kitabxanaları



 












ABŞ guşəsi

ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri ictmai diplomatiya şöbəsinin rəhbəri, eyni zamanda dövlət katibinin müavini Kolin Qrafi, səfir Enn Dersi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz rayon Mərkəzi Kitabxanasında Regional Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak etmişlər.

Mərasimi mədəniyyət və turizm naziri Ə.Qarayev Azərbaycanda ilk dəfə olaraq ABŞ guşəsinin yaradıldığını və İnformasiya mərkəzinin müasir avadanlıqla, habelə internetlə də təchiz edildiyini bildirmişdir.

Xaçmazdakı Mərkəzi kitabxanada yaradılan ABŞ guşəsi iki ölkəni birləşdirən bir guşədir.

Mərkəz Xaçmaz sakinləri üçün informasiya mərkəzi, ingilis dilini öyrənənlərə, Amerikada təhsil almaq istəyənlərə dəstək məqsədi ilə yaradılmışdır.

2000-ci ildən başlayaraq, Amerika dünyanın 1000-dən çox ölkələrinin kitabxanalarında belə guşələr yaradıb.

Xaçmaz Rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən Amerika Mərkəzi əhaliyə maarifləndirmə istiqamətində xidmət göstərir.


Mərkəzin fəaliyyəti Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyinin ABŞ səfirliyi ilə birgə imzaladıqları Memorandumuna əsaslanır.

Amerika Mərkəzi aşağıdakı resurslarla xidmət göstərir:

- İnternet xidmətləri

- İnformasiya saatları

- Məlumat günləri

- Elektron mətnli kitabxanalar haqqında məlumat

- Dərnəklər

- Hər iki dövlətin (Azərbaycan Amerika )ədəbiyyatı

- Mədəniyyəti tarixinə dair maarifləndirici tədbirlər

- hər iki dövlətin (Azərbaycan Amerika) rəsmi təqvim günlərinə dair tədbirlər.

Diyarşünaslıq
 

Dövlətçilik