|
|
  |

Xaçmaz rayon
İcraiyyə Komitəsi Rəyasət heyətinin 1934-cü il 31 dekabr
tarixli qərarı ilə Xaçmaz rayon kitabxanasının açılması
barədə qərar qəbul edilmişdir.
Kitabxananın ilkin fondu 5000 nüsxə ədəbiyyatı əhatə etmişdir.
1976-cı ildə rayon kitabxanasının bazasında mərkəzləşdirilmiş
(MKS)yaradılmışdır. MKS-nin kitab fondu 687133, oxucuların
sayı 28248 nəfərdir.
Kitabxana şöbələri
Xaçmaz rayon MKS-də aşağıdakı şöbələr fəaliyyət göstərir:
1.Abonoment.
Abonoment şöbəsinin işi ən əsas oxucular xidmətdən ibarətdir.
Şəhər əhalisini kitabxana xidmətilə əhatə edən universal,
profilli kütləvi kitabxanadır. Fond 39736 kitab nüsxəsindən
ibarətdir. Bunun kiril əlifbası ilə olan kitablar 34318 nüsxədir.
Latın qrafikalı yeni ədəbiyyat ısə 5418 kitabdir. Hal-hazırda
oxucuların sayı 3553 nəfərdir. Kitab dövriyyəsi isə 34014
nüsxədir. Şöbə açıq rəf üsülundan istifadə edir, oxucular
sərbəst şəkildə ədəbiyyatla taniş ola bilirlər. Ən çox oxucu
kütləsi gənclərdən ibarətdir,bunlar əsasən məktəblilər və
tələbələrdir. Sorğu abonoment şöbəsində olmadıqda, biz internet
xidmətindən və ya MKS-nin mübadilə şöbəsinin xidmətindən istifadə
edirik.
2.Oxu zalı.
Oxu zalında oxucular üçün hər cür şərit yaradılmlş, oxucuların
istifadəsinə müxtəlif mövzularda daimi sərgilər, guşələr,
stendlər, 15adda qəzet, 2 adda jurnal, geniş kitab fondu ilə
xidmət təşkil edilmişdir. Oxu zalına gəlişlərin sayı 5210
nəfər, oxucuların sayı 290 nəfərə çatmışdır. Oxu zalının fonduna
il ərzində 8 nüsxə kitab daxil olmuş, 30 nüsxə silinmişdir.
Əsas fond 1028 ədəddir. Kitab, qəzet,jurnal verilişi 11003,
oxucu sayı isə 290 nəfər olmuşdur.
3.Məlumat-biblioqrafiya.
Məlumat-biblioqrafiya şöbəsi.
MKS-nin məlumat-biblioqrafiya işinə aşağıdakılar daxildir:
-Soraq-biblioqrafiya aparatının təkmilləşdirilməsi.
-Soraq-biblioqrafiya və məlumat –biblioqrfiya xidməti.
-Mütailəyə rəhbərlikdə tövsiyyə vasitələrindən istifadə edilməsi.
-Kitabxana-biblioqrafiya biliklərinin təbliği.
Mərkəzdə kataloq və kartotekalar,əlifba oxucu kataloqu,sistemli
kataloq, diyarşünaslıq kataloqu tərtib edilmişdir. Kitabxanaya
daxil olan ədəbiyyat haqqında “Yeni daxil olmuş ədəbiyyatın
məlumat bülletenləri ”tərtib olunur. Bubülletenlər sistemin
bütün bölmələrinə göndərilir. MKS-də kitabxana-biblioqrafiya
biliklərinin təbliği məqsədilə aşağıdakı formalar tətbiq olunur:
Şifahi forma-(fərdi və qrup halında məsləhətlər, məlumat nəşrlərinin
icmalları, mühazirələr, oxucu konfransları)
Əyani forma(biblioqrafik,məlumat nəşrlərinin,yeni daxil olmuş
ədəbiyyatın və s, sərgiləri,kitabxana plakatları, kataloqdan
istifadə qaydaları və s.)
Çap nəşrləri- (soraq-bilioqrafiya aparatı haqqında yaddaşlar,
vərəqlər, bukletlər).
4.Təşkilati-metodika.
Təşkilati- metodika şöbəsinin işi aşağdakı mərhələlərdən ibarətdir:
İllik iş planı tərtib olunur və plana əsasən kənd kitabxana
filiallarına metodiki gedişlərin qrafikləri təşkil edilir.
İl ərzində aylıq və rüblük iş planlarının tərtibi ilə əlaqədar
kənd kitabxana filiallarına metodiki köməklik göstərilir.
Hər il üzrə seminar məşgələlərin təxmini mövzuları tərtib
edilir.
MSK üzrə yeni təyin edilmiş kadrlar üçün qiyabi kurslar təyin
olunaraq, onların ixtisas biliklərinin artırılması həyata
keçirilir.İl ərzində MKS üzrə görüləcək işlərlə əlaqədar əlamətdar
təqvim tərtib edilərək filiallara göndərilir. Mərkəzi kitabxananın
Təşkilati-metodika şöbəsi bütün bu kitabxana filiallarla vaxtaşırı
əlaqə saxlayır, kitabxana filialların işini təhlil edir, metodiki
tövsiyyələrin yerinə yetirilməsinə nəzarət edir, kitabxana
filialların təcrübi fəaliyyətinə köməklik göstərir.
5. Mübadilə şöbəsi
Xaçmaz Rayon Mərkəzi kitabxanası Mübadilə şöbəsi oxuculara
sistemdaxili mübadilə xidməti göstərir. Bu xidmət kitabxana
fondunda müvafiq ədəbiyyat olmadıqda həyata keçirilir.Mübadilə şöbəsindən
aşağıdakı ədəbiyyatı almaq mümkündür:
Filologiya, elmi ədəbiyyat,bədii ədəbiyyat
Texnikaya dair ədəbiyyat
Kimya, biologiya
Kənd və meşə təsərrüfatı
Tarix və tarix elmləri
İqtisadiyyat, iqtisad elmləri
Hərbi iş
İncəsənət
Fəlsəfə elmləri
Psixologiya
Biblioqrafik vəsaitlər.Məlumat nəşrləriHər ilin sonunda
il ərzində qəbul edilmiş sorğular və verilən ədəbiyyatı öyrənilir
və bunun vasitəsi ilə vahid fondun zənginləşdirilməsi üçün
müvafiq tədbirlər həyata keçirirlir.
6.Kitabişləmə və komplektləşdirmə şöbəsi
Mərkəzi kitabxanaya yeni daxil olmuş ədəbiyyatın uçota alınması,kitabxana
qaydası ilə işlənməsi fəfilial kitabxanalar üzrə bölünməsi.
MKS-nin komplektləşdirmə şöbəsinə 2009-cu ildə 10161nüsxə
ədəbiyyat daxil olmuşdur.Mənbələr:
1.ABŞ səfirliyi-638 müsxə.
2.F.Köçərli adına uşaq kitabxanası-160 müsxə.
3. Respublika Kitab Kollektoru-97 nüsxə.
4.Müəllif tərəfindən hədiyyə-8 nüsxə.
Komplektləşdirmə şöbəsi 7.Səyyar şöbə
(Səyyar fond)
Səyyar kitabxananın fondunda 4786 nüsxə kitab var.2009-cu
il ərzində səyyar şöbəyə 91 ədəd latın qrafikalı yeni ədəbiyyat
daxil olub.Bütünlükdə fondda 837 ədəd latın qrafikaiı,40 ədəd
isə rus dilində ədəbiyyat vardır.İl ərzində oxucuların sayı
500-zü,kitab verlişi isə 12000 mini ötmüşdür.Səyyar kitabxananın
hərəkət qrafiki var.
Xaçmaz şəhər “N” saylı hərbi hissə, Mədəniyyət və istirahət
parkı,1və2 saylı uşaq bağçaları, Sabir-oba, Mançar-oba kənd
nəzdində kitab verlişi məntəqələrinə xidmət edir.
8.Not –musiqi şöbəsi.
Not –musiqi şöbəsində aşağıdakı işlər görülür
1.İllik iş planı tərtib edilir
2.Oxucularla kütləvi tədbirlər keçirilir
3.Əhaliyə kitab və plastinkalarla xidmət etmək
Mərkəzi kitabxananın bütün şöbələri əlaqəli işləyir.Not-musiqi
şöbəsinin fondu 1908 ədəd, plastinkalar 400 ədəd, oxucuların
sayı 303, kitab verilişi 8011nüsxədir.Rayon Mərkəzi
kitabxanasının fəxri oxucuları:
1.Məmmədov Böyükağa Əhməd oğlu.Təvəllüd 1943.
Ali təhsilli.Təqaüdçü.
2.Gülmətov GülmətHeybəy oğlu.Təvəllüd 1949.Orta ixtisas təhsilli.Müəllim.
3.Tahirova Mətanət Nəcəf qızı.Təvəllüd 1964.Orta ixtisas təhsilli.Tərbiyəçi.
4.Əzizova Aynur Əziz qızı.Təvəllüd 1993. Məktəbli. |
  |
|